İrandan açıqlama: “Hipersəs raketləri də istehsal etmişik”backend

İrandan açıqlama: “Hipersəs raketləri də istehsal etmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hipersəs ballistik raketlər istehsal edən ölkələr arasında olduğunu iddia edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, “Fəttah” adlı yeni raket paytaxt Tehranda prezident İbrahim Rəisi və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin qatıldığı rəsmi mərasimdə təqdim edilib.

Bildirilib ki, hipersəs raketi 1400 kilometr məsafə qət edə və saatda 15 min kilometrdən çox sürətə çata bilir. Mərasimdəki çıxışında rəis İranın müdafiə sənayesində müstəqil bir ölkə olduğunu bildirib. SEPAH komandiri general Əmir-Əli Hacızadə çıxışında İranın hipersəs raketlərinə malik 4 ölkə arasında yer aldığını deyib: “Fəttah raketi heç bir raketlə məhv edilə bilməz”.

Təxminən saatda 1235,5 kilometr sürətə malik, səsdən çox daha sürətli olan və müdafiə sistemlərinə görə böyük üstünlük təmin edən dayandırıla bilməyən hipersəs raketləri son dövrün ən iddialı silahları arasındadır. ABŞ, Çin və Rusiya hipersəs raketləri olan ölkələr sırasında olduğu halda, Şimali Koreya da keçən il hipersəs raket sınağı keçirdiyini iddia edib.

//Safura Bənnayeva, Editor.az