“İran Air” Yolları Avropa sanksiyalarının tətbiqindən sonra Avropaya uçuşları dayandırıb.
Bu kampaniya İrandan Avropa ölkələrinə uçuşlar həyata keçirən yeganə aviadaşıyıcı idi.
İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maksoud Asadi Samani, “Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “İran Air” idi və Aİ-nin “Iran Air”-ə qarşı yeni sanksiyalarını nəzərə alaraq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq” – deyib. Maksud Əsədi Samani əlavə edib ki, İran aviadaşıyıcılarının Avropa istiqamətində uçuşları ölkə vətəndaşları arasında böyük tələbat olub.
O, həmçinin uçuşların xarici aviaşirkətlərdə və ya Türkiyə və BƏƏ-də birləşdirici uçuşlar vasitəsilə davam etdirilməsini təklif edib.
Qeyd edək ki, dünən, oktyabrın 14-də Avropa İttifaqı İranın hava yolları olan “Iran Air”, “Mahan Air” və “Saha Airlines” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Daha dörd hüquqi və yeddi fiziki şəxsə məhdudiyyət qoyulub. Sanksiyalar Aİ Şurasının İranın Rusiyaya və Yəmən husilərinə raket və pilotsuz təyyarələr ötürməsindən şübhələndiyi üçün tətbiq edilib.
//Samir Qurbanov, Editor.az

