İrandan Azərbaycana hansı ölkələrin nə qədər vətəndaşı təxliyə edilib?backend

İrandan Azərbaycana hansı ölkələrin nə qədər vətəndaşı təxliyə edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi mənbələrə görə, bu günə qədər İrandan ümumilikdə 3146 nəfər təxliyə edilib.
28 fevral – 31 mart tarixləri arasında İran-Azərbaycan sərhədindəki Astara keçid məntəqəsindən 78 ölkənin vətəndaşı Azərbaycana gəlib. Təxliyə edilənlər arasında 551 Azərbaycan vətəndaşı da var.
Təxliyə edilənlərin ən çoxu Çin vətəndaşlarıdır – 728. 351 Rusiya vətəndaşı təxliyə edilib. Bundan əlavə, onların arasında aşağıdakı ölkələrin nümayəndələri də var:
Tacikistan – 187
Gürcüstan – 19
Özbəkistan – 16
Qazaxıstan – 13
Qırğızıstan – 6

//Samir Qurbanov, Editor.az