İrandan Azərbaycanla bağlı KRİTİK AÇIQLAMA: Fürsət yaranan kimi…backend

İrandan Azərbaycanla bağlı KRİTİK AÇIQLAMA: Fürsət yaranan kimi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti kimi Bakıya və İrəvana səfər edə bilər.

Editor.az  APA-ya istinadən xəbər verir ki, bunu İran XİN-in rəhbəri “Rossiya-24” telekanalında deyib.

Abdullahiyanın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, – Abdullahiyan belə deyib.

İranın xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.