“İranın qırmızı xətlərindən biri də regiona ABŞ-ın gəlməsidir. Çünki məhz ABŞ-ın təşəbbüsü ilə İran Qərbin uzunmüddətli sanksiyaları altındadır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Ermənistan regionda özünə ən yaxın partnyor hesab etdiyi İranın geosiyasi maraqlarını tapdalayaraq ABŞ hərbiçilərini Ermənistana gətirib:
“Ermənistanın bu addımı İranda heç də xoş qarşılanmadı və kəskin narazılıq yaratdı. Amma Təhran hər zaman İrəvana dəstək göstərib. Hətta 44 günlük müharibə zamanı Ermənistan İran üzərindən hərbi texnikalar və silah-sursat tədarük edirdi. Müharibə bitəndən sonra da Ermənistana Hindistandan idxal etdiyi silahlar İran üzərindən gətirilir və İranın piltosuz aparatları ilə özünün hərbi tör-töküntülərini təchiz edirdi. Son günlər İran rəsmiləri Ermənistan dövlətinin yürütdüyü siyasəti. pislədiyini müşahidə edirik. Paşinyanın Ermənistanı Suriyaya çevirmək siyasəti müttəfiqlərini ondan aralı salır və İran – Ermənistan münasibətlərində ciddi çat yaranacaq”.
//Gülnarə Abasova, Editor.az

