İrandan gələn təyyarədə bomba olub?backend

İrandan gələn təyyarədə bomba olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Hamburq hava limanında bazar ertəsi elektron poçtla gələn bomba təhdidindən sonra bütün uçuşlar təxirə salınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə federal polis nümayəndəsi məlumat yayıb.

Məlumata görə, içərisində 198 sərnişinin olduğu təyyarədə polislər tərəfindən yoxlanış aparılıb, həmçinin, sərnişinlər sorğu-sual edilib.

Nümayəndə əlavə edib ki, hava limanının yanğınsöndürmə briqadası axtarışlara cəlb olunduğu üçün uçuş və ya eniş mümkün deyil.