İrandan geri addım: Bu tələbindən əl çəkdi – Şok iddiabackend

İrandan geri addım: Bu tələbindən əl çəkdi – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla yeni nüvə sazişi üzrə danışıqların bərpası səylərinin davam etdiyi vaxtda Tehranın son razılığa gəlmək üçün irəli sürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın terror təşkilatları siyahısından çıxarmaq israrından əl çəkdiyi iddia edilib.

Avstriyanın paytaxtı Vyanadakı nüvə müzakirələrindən xəbərdar olan rəsmi mənbəyə istinad edən “Wall Street Journal” İranın razılaşma xaricində irəli sürdüyü tələblərindən birindən imtina etdiyini yazıb.

“İran hələlik SEPAH-ın ABŞ-ın terror təşkilatları siyahısından çıxarılması tələbini kənara qoymağa razılaşıb, amma yenə də Vaşinqtonun sazişdən çıxmayacağına və ya Tehrana qarşı sanksiyaları bərpa etməyəcəyinə dair daha güclü təminat istəyir”, – mənbə nəşrə deyib.

Teleqraf.com