İran Hindistan bayrağı altında üzən gəmilərə Hörmüz boğazından təhlükəsiz keçid imkanı yaradacağını vəd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistanda fəaliyyət göstərən İran səfiri Məhəmməd Fətəli deyib.
“Hindistan bizim dostumuzdur. Onlara Hörmüzdən rahat keçid yaradacağıq. Bunu iki-üç saat ərzində görəcəksiniz”, – səfir qeyd edib.
Fətəli həmçinin vurğulayıb ki, İran və Hindistan bu regionda ortaq maraqlara malikdir. Buna görə də Hindistan hökuməti Tehrana yardım edir. Ona görə biz də Hindistan hökumətinə dəstək olmalıyıq.

