İrandan inqilabi qərar: “Hicab məsələsi üzərində iş gedir”backend

İrandan inqilabi qərar: “Hicab məsələsi üzərində iş gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran parlamenti və Prezident yanında İnqilabi Ali Şura hicab məsələsi üzərində işləyir və nəticə tezliklə ictimaiyyətə açıqlanacaq”.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın baş prokuroru Mohammed Cafer Montazeri bildirib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qum şəhərində keçirilən tədbirdə çıxış edən Müntəzeri prosesin 15 gün ərzində yekunlaşacağını deyib.

Baş prokuror İranda gənc qadının “hicab qaydalarına əməl etmədiyi” iddiası ilə saxlanıldıqdan sonra ölməsi səbəbindən “Əxlaq polisi” kimi tanınan “İrşad Patrulları”na qarşı başlayan tənqidləri də şərh edib və bu polis dəstəsini “sosial təhlükəsizlik polisi” kimi təqdim edib: “Məhkəmə sistemi bu polis dəstəsini bağlamağa çalışmır. Son hadisələrdən sonra təhlükəsizlik və mədəniyyət müəssisələri problemin ehtiyatlı həllini axtarırlar”.

Qeyd edək ki, İranda hicab qaydalarına əməl etmədiyi iddiası ilə saxlanılan Məhsa Emininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar ölkədə 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun ləğv edilməsi və ya yumşaldılması tələblərini gündəmə gətirib.

İki ay yarım davam edən və ölkədə hökumət əleyhinə ən uzun sürən etiraz aksiyalarından biri sayılan nümayişlərdən sonra İran hökuməti məcburi hicab qanunundan imtina etməyi qəbul etməsə də, yoxlamaların azalacağı ehtimal edilir.

Son olaraq, İran Prezidentinin İctimai Kommunikasiyalar Mərkəzinin rəhbəri Əhməd Salihi noyabrın 30-da İRNA-da dərc olunan bəyanatında “cəmiyyətin hicab azadlığı tələbləri hakimiyyətə çatdırılıb” ifadəsini istifadə etmişdi.

//Samir Qurbanov, Editor.az