İrandan növbəti təxribat- Azərbaycanın cavabı nə olacaq?-AÇIQLAMAbackend

İrandan növbəti təxribat– Azərbaycanın cavabı nə olacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Qarabağda “blokada”ya qarşı  hər hansı imzatoplama kampaniyası aparması özünün əleyhinə çevriləcək”.

Bu fikirləri Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Erməni mediasının İranda Qarabağın “blokada”sına qarşı imza toplama kampaniyasına start verildiyi ilə bağlı yaydığı xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu addımlarla rəsmi Tehran yenidən özünə problemlər yaradır:

“Çünki bir neçə vaxtdır ki, İran rəsmi Bakı ilə danışıqlara getmək istiqamətində fəaliyyətlərə başlamışdı. Bunun nisbi xarakter daşıdığını hər iki tərəf yaxşı anlamaqdadır. Çünki İran Azərbaycanın varlığını və güclənməsini özü üçün ciddi təhdid sayır. Qarabağ məsələsinin tamamilə həll edilməsi rəsmi Tehranın narahatlığına səbəb olur. Hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, mövcud problemlər həllini taparsa, Güney Azərbaycan və İran türkləri məsələsi gündəmə gələcək. Rəsmi Bakı isə baş verən təxribatlara qarşı adekvat addımlar atmaqda davam edir”.

//Safura Bənnayeva, Editor.az