ABŞ yanvarın 29-na keçən gecə İranın hərbi infrastruktur və sənaye obyektlərinə endirilən zərbələrdə iştirak etməyib.
Editor.az bildirir ki, bunu yanvarın 29-da Pentaqonun spikeri, briqada generalı Patrik Rayder deyib. Yanvarın 29-da “The Wall Street Journal” qəzeti adı açıqlanmayan bir neçə mənbəyə istinadən ABŞ rəsmilərinin hücumda İsrailin roluna işarə etdiyini yazıb.
Qeyd olunur ki, İsrail hərbçiləri İrana endirilən zərbələri şərh etməkdən imtina ediblər. ABŞ rəsmisi də adının açıqlanmasını istəməyən “Reuters” agentliyinə deyib ki, “görünür, bu işdə İsrail var”. Bir sıra digər ABŞ rəsmiləri isə Vaşinqtonun heç bir rol oynamadığını söyləyərək şərh verməkdən imtina etdilər.
Maraqlıdır ki, Tehran özü də hələ ki, endirilən zərbələrə görə heç bir ölkə və ya təşkilatı günahlandırmayıb. Bununla belə, “Reuters”in məlumatına görə, İranın dövlət televiziyası deputat Hüseyn Mirzayinin bunun arxasında İsrailin dayandığına dair “ciddi ehtimallar”ın əks olunduğu şərhini yayımlayıb.
//Samir Qurbanov,Editor.az

