ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem jurnalistlərə bildirib ki, İranda kifayət qədər yüksək zənginləşdirilmiş uran var və bunlar altı nüvə bombası yaratmağa imkan verir.
“Onların altı bomba hazırlamaq üçün kifayət qədər yüksək zənginləşdirilmiş uranı var. Onlar bundan istifadə edəcəklər. İran altı nüvə bombası hazırlamağa çox yaxındır. İsraili məhv edəcəklər, sonra da bizim üçün gələcəklər”, – Lindsi Qrem deyib. Lakin o, heç bir sübut təqdim etməyib və bu məlumatı haradan aldığını açıqlamayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İranın nüvə silahı yaratmaq barədə qərar qəbul etmədiyini vurğulamışdı. Eyni zamanda, İran prezidenti Məsud Pezeşkian da ölkəsinin nüvə silahı yaratmaq niyyətində olmadığını bildirmişdi.
Yada salaq ki, İran və ABŞ nüvə proqramı üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər; ilk tur bu şənbə Omanda baş tutacaq.
//Samir Qurbanov, Editor.az