İranın ali dini lideri Əli Xamneyinin X sosial şəbəkəsində (keçmiş Twitter) hesabı bir gün sonra bağlandıbackend

İranın ali dini lideri Əli Xamneyinin X sosial şəbəkəsində (keçmiş Twitter) hesabı bir gün sonra bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Xamneyinin səhifəsində sosial şəbəkə qaydalarını pozduğuna görə hesabının bloklandığı bildirilir.

Qeyd edək ki, İranın Ali Rəhbəri oktyabrın 26-da ivrit dilində hesab yaradıb. Laki o, yalnız bir yazı dərc etdirə bilib və orada deyilir: “Sionist rejim səhv etdi.

Biz ona İran xalqının hansı gücə, qabiliyyətə, təşəbbüsə və iradəyə malik olduğunu başa salacağıq”. İsrailin “The Times of Israel” qəzeti Əli Xamneyinin hesabının bloklanmasının saytın aqressiv və nifrət dolu məzmuna qadağa qoyması ilə bağlı ola biləcəyini irəli sürüb. Eyni zamanda, nəşr qeyd edir ki, X Qaydalara əsasən, dövlət qurumlarının hesabları bu qaydadan istisnalar təşkil edir.
Ümumilikdə Əli Xamneyinin X sosial şəbəkəsində beş hesabı var. Bura 1,3 milyon abunəçisi olan ingilis dilində səhifə də daxildir.

//Samir Qurbanov, Editor.az