İranın ali dini lideri Xamenei: Biz göstəriş veririk, məsləhət veririk, bunun heç bir təsiri yoxdurbackend

İranın ali dini lideri Xamenei: Biz göstəriş veririk, məsləhət veririk, bunun heç bir təsiri yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Əli Xamenei ölkədə baş verən son hadisələrdə müvafiq mədəni zəmin olmadığı üçün dövlətin xəbərdarlıq və tövsiyələrinin effektli olmadığını bildirib.

Editor.az “Fararu”a istinadla xəbər verir ki, ölkədə baş verən son hadisələri dəyərləndirən Xamenei bildirib ki, bir çox yerdə problem odur ki, verilən göstəriş, xəbərdarlıq və tövsiyələr, təqdim edilən sübut və məntiqin heç bir təsiri yoxdur: ” Niyə?” İqtisadiyyat yaxşı deyildi, indi də yaxşı deyil”.

O, 22 yaşlı Məhsə Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfatından sonra başlayan etirazlarda ölkədəki iqtisadi problemlərin təsirli olduğuna işarə edib.

“Ölkədə etnik və məzhəb qarşıdurmalarını qızışdıranlar düşmənə qarşı işləyirlər. Düşməni qiymətləndirməyin. Hadisələr bitdiyi üçün qafil olmamalıyıq. Bir addım da geri çəkilməyək, meydanda olaq”,- deyə İranın dini lideri bildirib.

//Gülnarə Abasova, Editor.az