İranın Ali Milli Təhlükəsizlik Şurası təcili fövqəladə iclas keçiribbackend

İranın Ali Milli Təhlükəsizlik Şurası təcili fövqəladə iclas keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı təcili iclas keçirib.

Editor.az bu barədə “New York Times” a istinadən yazır. Bildirilib ki, İran təcili olaraq Ali Milli Təhlükəsizlik Şurasını çağırır və ayım dini lider Əli Xamneyinin iqamətgahında aparılır. Anonimlik şərti ilə iki İran rəsmisinin verdiyi məlumata görə, görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandanı da iştirak edir. Materialda aydın olur ki, söhbət Qüds bölməsinin rəhbərindən gedir.

Qeyd edək ki, 2017-ci ildən bu vəzifədə olan HƏMAS-ın siyasi bürosunun rəhbəri iyulun 31-i səhər saatlarında Tehranda öldürülüb.

//Gülnarə Abasova, Editor.az