İranın atdığı ballistik raketlərin yarısı ya havaya qalxa bilməyib, ya da mənzil başına çatmamış yerə düşüb – “ABC News” nəşribackend

İranın atdığı ballistik raketlərin yarısı ya havaya qalxa bilməyib, ya da mənzil başına çatmamış yerə düşüb – ABC News

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın atdığı ballistik raketlərin yarısı ya havaya qalxa bilməyib, ya da mənzil başına çatmamış yerə düşüb”.

Editor.az bu barədə “ABC News”a istinadla xəbər verir. 

Nəşr qeyd edir ki, bu doğru olsaydı, demək olardı ki, İsrail və onun müttəfiqləri İran tərəfindən buraxılan ballistik raketlərin yalnız yarısını vurmalı idilər.

Bundan əvvəl ABŞ rəsmisi nəşrə bildirmişdi ki, 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raketlər arasında İsraili hədəf alan 115-dən 135-ə qədər ballistik raket olub.

ABŞ Silahlı Qüvvələri də İranın İsrailə hücumu zamanı 80 pilotsuz təyyarə və ən azı 6 ballistik raketin məhv edildiyini bildirib. ABŞ daha əvvəl 70 pilotsuz uçan aparatı ələ keçirdiyini xəbər vermişdi. Qeyd edilirdi ki, ələ keçirilən hədəflər arasında reaktiv daşıyıcıda olan ballistik raket və havaya qalxmayana yeddi pilotsuz uçan aparat da olub.

//Samir Qurbanov, Editor.az