İRANIN AVTOBUSLARINI DA YOXLAMAĞA BAŞLAMIŞIQ! – Eyvazlı postunda…backend

İRANIN AVTOBUSLARINI DA YOXLAMAĞA BAŞLAMIŞIQ! – Eyvazlı postunda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qorus-Qafan dövlətlərarası yolda yerləşdirilmiş Azərbaycan polisləri və sərhədçilər bu gündən nəinki İranın yük maşınlarını, həm də avtobusları yoxlamağa başlayıblar. Ermənistan kütləvi informasiya vasitələri Gorus şəhər merinin müavini Karo Köçəryana istinadən məlumat yayıblar. Onun sözlərinə görə, İran sürücüləri çox narazıdırlar, çünki vaxt və pul sərf edirlər, əsəbiləşirlər.

O həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri polis postunun ətrafında xeyli qüvvə cəmləşdirib.

“Azərbaycanlılar erməni maşınlarını dayandırmasalar da, bizim dayanmağımıza icazə vermirlər. Sadəcə, bizi buraxırlar və İran nömrəsi olan maşınları yoxlamağa başlayırlar”, – Köçəryan deyib..

Xatırladaq ki, sözügedən marşrutun 20 kilometrdən çox hissəsi Azərbaycan ərazisindən (Qubadlı rayonunun Eyvazlı kəndi) keçir. Azərbaycan sərhədçiləri və polis məhz bu sahədə dayanır.

İranın çoxsaylı yük maşınları qanunsuz olaraq Qarabağa getdikdən sonra nəqliyyat yoxlamaları başlanıb. Onların İrandan marşrutu Qori-Qafan yolu ilə də keçir.

Sentyabrın 12-dən Azərbaycan hərbçiləri ölkə ərazisilə gedişə görə İran avtomobillərindən dövlət rüsumu almağa başlayıblar. (Turan)