“İranın Azərbaycana qarşı səsləndirdiyi iddiaların arxasında heç bir konkret faktlar dayanmır”-ŞƏRHbackend

“İranın Azərbaycana qarşı səsləndirdiyi iddiaların arxasında heç bir konkret faktlar dayanmır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Azərbaycana qarşı səsləndirdiyi iddiaların arxasında heç bir konkret faktlar dayanmır”.

Bu fikirləri Editor.az-a politoloq Elçin Mirzəbəyli İranın Azərbaycana qarşı son vaxtlar təhdidedici ritorikasının səbəblərini izah etməyə çalışan məqalədə yer alan “İran həm də sərhədində Azərbaycanın gündəmindən irəli gələn geoiqtisadi təhlükə ilə üz-üzədir. 2020-ci il atəşkəs sazişində Naxçıvanla Azərbaycan arasında birləşdirici marşrutun yaradılması nəzərdə tutulsa da, Bakı Ermənistandan yüksək statuslu dəhliz istəyir” fikrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əksər hallarda bunlar mübaliğəli şəkildə ifadə olunmuş, qərəzli xarakter daşıyan mülahizələrdir:

“Çünki İranın coğrafi mövqeyinə nəzər saldıqda bu ölkənin müxtəlif vasitələrlə həm dünya okeanına çıxışının olduğunu, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini görə bilərik. İranın bir tərəfdən Fars körfəzi vasitəsilə Ərəb dənizinə, daha sonra Xəzər dənizinə, İraq, Suriya üzərindən Aralıq dənizinə çıxış imkanları var. Bu da onun kifayət qədər geniş imkanlarının olduğunu sübut edir “.

Politoloqun fikrincə, Zəngəzur dəhlizinin İran üçün geoiqtisadi problemlər yaradacağı ilə bağlı söylənilən fikirlər fantastikadan başqa birşey deyil:

“Zəngəzur dəhlizi Azərbaycanın daha öncədən qeyd etdiyi kimi multimodal dəhlizdir. Eksterritorial dəhliz deyil. Yəni ölkəmizin coğrafi ərazisindən kənarda, Ermənistanda Azərbaycan ərazisi sayılan ərazi deyil. Bu sadəcə beynəlxalq nəqliyyat dəhlizlərinin müvafiq statusunu əldə etmiş, maneəsiz gediş-gəlişin təmin olunduğu multimodal nəqliyyat dəhlizidir. Bu dəhlizin əsas istiqaməti bir neçə aspektdən ibarətdir. Buradan avtomobil, dəmir yolu, enerjiötürücü resurslar, boru kəmərləri və s. keçə bilər “.

//Safura Bənnyeva, Editor.az