İranın Azərbaycanla hərbi əməkdaşlıqda ƏSL MƏQSƏDİ – Bakı və Tehranın niyyəti…backend

İranın Azərbaycanla hərbi əməkdaşlıqda ƏSL MƏQSƏDİ – Bakı və Tehranın niyyəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Azərbaycan tərəfindən son zamanlar nazirlərin qarşılıqlı səfərlərini iqtisadi və siyasi yönlərə ayırardım”.

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Azərbaycan və İran indiki məqamda daha çox təhlükəsizlik məsələləri, qlobal ləhlükələrə, çağırışlara qarşı mübarizə üzrə əməkdaşlıq edə bilərlər:

“İranla iqtisadi yönlərimiz: Bizim ortaq maraqlarımız var. Ortaq su anbarlarının, su elektrik stansiyalarının, körpülərin tikintisi, ortaq olaraq ölkələr arasında nəqliyyat yollarının, dəmiryollarının açılması və s. Hansı ki, bunlar Azərbaycanın dəhliz, logistik mərkəz kimi strateji əhəmiyyətini daha da artıra bilər.

Eyni şəkildə iki ölkə arasında ticarət dövrüyyəsini də inkişaf etdirə bilərik. İqtisadiyyatı, sərhəd ticarətini və s. inkişaf etdirə bilərik, sərhəddə azad ticarət zonaları yaradıla bilər. Məsələn, İran Azərbaycanda, Azərbaycan İranda ortaq sənaye müəssisələri yaradıb.

Siyasi olaraq isə bu hərbi əməkdaşlığın mən çox da dərinləşəcəyini düşünmürəm. Açıq danışsaq, İranla Azərbaycan hətta bu yaxınlara qədər strateji cəhətdən müəyyən qədər fikir ayrılığı olan ölkələr idi. Ona görə də düşünürəm ki, bu hərbi əməkdaşlıq daha çox ölkələr arasında sülh və əminamanlığın təmin edilməsinə, hərbi rəhbərlər arasında dostluğun və tərəfdaşlığın təmin edilməsinə yönələcək, iki ölkə bir-birinə öz ərazisindən üçüncü xarici qüvvələrin istifadəsinə yol verməyəcək, iki ölkə bir-birinin daxili işlərinə qarışmamağa çalışacaq, bir-birinə hərbi və ya digər intervensiyanın qarşısında olacaq. Eyni şəkildə İran və Azərbaycan bir-birinin təhlükəsizlik məsələlərində əməkdaşlıq edə bilərlər – Həm terrorizmə qarşı mübarizə, digər qlobal təhlükəsizlik məsələləri və s.

Amma mən Azərbaycan və İran arasında dərin hərbi inteqrasiyanın ola bilcəyini indiki məqamda düşünmürəm. Çünki ən azı bir neçə aya qədər ölkələr arasında hətta hərbi olmasa da siyasi bir qarşıdurma mövcud idi. İndiki halda bunun belə tezliklə əvəz edilib qarşılıqlı hərbi inam və etimada çevriləcəyini düşünmürəm. Azərbaycan və İran düşünürəm ki, indiki məqamda daha çox təhlükəsizlik məsələləri üzrə və qlobal ləhlükələrə, çağırışlara qarşı mübarizə üzrə əməkdaşlıq edə bilərlər”.