İranın Baş Qərargah rəisi Musəvi Trampın hücum qərarının səbəbini açıqladıbackend

İranın Baş Qərargah rəisi Musəvi Trampın hücum qərarının səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-nin İrana qarşı son hücumu “birbaşa hücum”dur və Tehran cavab vermək haqqını özündə saxlayır”.

Oxu.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.

“Tramp bu hücumla bütün beynəlxalq hüquq normalarını və razılaşmaları pozub və ciddi səhvə yol verib. Trampın bu addımı çarəsizlikdən qaynaqlanır və İsraili xilas etməyə yönəlib” , – deyə o vurğulayıb.

Musəvi Birləşmiş Ştatların bu xətasına uyğun bir şəkildə qəti olaraq cavab veriləcəyini söyləyib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri İranın nüvə proqramının üç əsas obyektinə – Natanz, Fordo və İsfahana zərbələr endirib.