İranın BMT-dəki daimi nümayəndəsi İsraili ittiham etdibackend

İranın BMT-dəki daimi nümayəndəsi İsraili ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani İsrail tərəfini İranın İsfahandakı hərbi obyektlərinə hücumda ittiham edib.

Editor.az xəbər verir ki, o, bu qənaətə “ilkin istintaqın nəticələri”ndən sonra gəldiyini bəyan edib. İrəvani qeyd edib ki, Tehran öz ərazi təhlükəsizliyini qorumaq hüququna malikdir və İsrailin təhdidlərinə cavab veriləcəyini istisna etməyib.

Bundan əlavə, o, ittiham məktubunu BMT rəhbərinə və Təhlükəsizlik Şurasının rəhbərinə göndərib. Qeyd edək ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərində silsilə partlayışlar baş vermişdi.

  //Samir Qurbanov, Editor.az