İranın böyük TÜRK QORXUSU: “Türk birliyinin möhkəmlənməsini təhlükə olaraq görür”backend

İranın böyük TÜRK QORXUSU: “Türk birliyinin möhkəmlənməsini təhlükə olaraq görür” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın son günlər Azərbaycana qarşı daha qabarıq şəkildə siyasi, hərbi, diplomatik, psixoloji savaşının səbəbi özünün düşdüyü geosiyasi böhran vəziyyətidir”. Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli səsləndirib.

O, bildirib ki, İran bir neçə tərəfdən- Qərb, ABŞ, İsraildən sanksiyalara məruz qalır və iqtisadiyyatı uçurum vəziyyətindədir:

” İran 44 günlük müharibədə Azərbaycanın qalibiyyətini həzm edə bilmir. Bu mərhələdə Rusiya və Türkiyədən fərqli olaraq prosesdən kənar tutulmasını qəbullanmamaqla yanaşı, Azərbaycanın yaratdığı yeni reallıqları özünə qarşı təhdid olaraq görür. Düşünür ki, Şimal qonşusu gələcəkdə digər tarixi torpaqların bərpasını da düşünə bilər. Həm də Ermənistanla birbaşa əlaqə İranı böyük məbləğdə gömrük rüsumundan məhrum edir ki, sanksiyalarla boğulan 1 dövlət üçün əslində kiçik məsələ deyil. İran Türkiyənin bölgədə varlığını qəbullana bilmir və Zəngəzur dəhlizi timsalında Türk birliyinin möhkəmlənməsini region maraqlarına qarşı təhlükə olaraq görür”.

Anar Əsədlinin sözlərinə görə, İran regionda yaranan ittifaqlaşma, Pakistan və İsrailin bölgədə hərbi varlığını öz təhlükəsizliyinə təhdid olaraq görür:

“Xüsusilə, son dövrdə Gorus-Qafan yolunda Azərbaycanın nəzarət məntəqəsi yaratmasını aqressiv qarşılayır. Səbəbi odur ki, İranın Avropadan tək çıxışı olan Ermənistana strateji əhəmiyyətli məhsullar, əsasən raket hücumunu dəqiq hədəfə tuşlamaq üçün elektron sistemlər idxal olunur və Xankəndiyə gətirilir. Orada isə İran avtomobillərinə doldurulur. İndiki halda Bakı bu fəaliyyəti məhdudlaşdırır. Müharibədən sonra sərhəd xətlərinin müəyyənləşləşməsi ilə İrandan Zəngilana və digər ərazilərə narkotacirlərin fəaliyyətinə artıq qadağalar qoyulub. İranın Azərbaycana qarşı son davranışlarının səbəbi çoxdur. Bütün səbəblərin birləşdiyi tək nöqtə isə Türk qorxusudur.  İndiki məqamda İranın edə biləcəyi tək şey regiondakı yeni reallıqlarla barışıb, bu reallıqların tərəflərindən birinə çevrilməkdi”.

//Gülnarə Abasova, Editor.az