“İranın çirkin niyyəti bütün müsəlman ölkələrinə qarşı yönəlib”-ŞƏRHbackend

“İranın çirkin niyyəti bütün müsəlman ölkələrinə qarşı yönəlib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan xaici işlər naziri Ararat Mirzoyan Ermənistanın İranın Təbriz şəhərində Baş Konsulluq açmaq niyyətinin olduğunu bildirib. Bu fikrə müsbət yanaşan İran hökuməti Azərbaycanın İranda konsulluq açmaq istəyinə qarşı çıxıb. Bununla da İranın əsas niyyəti ortaya çıxır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, İran qonşuluq münasibətləri baxımından yanaşdıqda Azərbaycanla heç də xoş niyyətli davranış sərgiləmək istəmir: “Azərbaycanın İranla münasibətləri həm siyasi, həm də iqtisadi və mədəni sahələrlə əhatələyir.

Azərbaycan Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın  türkün taleyi ilə bağlı ciddi narahatlıq yaşayır. Həmin bölgədə yaşayan türklərin haqları pozulur.
Azərbaycanın İranla münasibətlərinin əsasını mehriban qonşuluq siyasəti tutur.
İranın əhatəsində olan dövlətlərin hər biri Ermənistan istisna olmaqla müsəlman ölkələrdir. İranın isə bir tək Ermənistanla münasibəti normaldır. Bu onu göstərir ki, İranın niyyəti müsəlman ölkələrinə qarşı yönəlib.
Ermənistana konsulluq açmaqda razılıq verməsinin də arxasında çirkin niyyətini həyata keçirmək dayanır. Belə olduqda Azərbaycan da İranın bu addımlarına adekvat cavab verəcək.
İran son dövrlərdə mehriban qonşuluq siyasətinə zidd addımlar atır. Ermənistanla yaxınlıq isə nəticədə bölgənin sülh və stabilliyinə ciddi təhdid yaradır”.

//Safura Bənnayeva,Editor.az