İranın Dəməşqdəki səfiri: İsrailin hücumuna tez, birbaşa və güclü cavab veriləcəkbackend

İranın Dəməşqdəki səfiri: İsrailin hücumuna tez, birbaşa və güclü cavab veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Dəməşq səfiri Əkbəri bildirib ki, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasını hədəf alıb.

Editor.az bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-na istinadla xəbər verir. İranın Dəməşq səfiri Əkbəri bildirib ki, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasını hədəf alıb. Hücum zamanı aralarında diplomat və hərbi müşavirlərin də olduğu ən azı 5 nəfərin öldüyünü ifadə edən Əkbəri, dağıntıların təmizlənməsi işlərindən sonra həyatını itirənlərin dəqiq sayı və adlarının açıqlanacağını bildirib.

İran səfiri əlavə edib ki, İran hücuma tez, birbaşa və güclü cavab verəcək. İran İnqilabı Keşikçiləri Korpusu İsrailin hücumu nəticəsində 2 iranlı generalın öldüyünü təsdiqləyib. İran İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşq Baş Konsulluğuna hücumu zamanı briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hacı Rəhimi həyatını itirib.

//Gülnarə Abasova, Editor.az