İranın dəstəklədiyi qruplar ABŞ və Böyük Britaniyanın Yəmənə hücumundan bir neçə gün sonra Suriyadakı ABŞ bazasına raket zərbələri endiribbackend

İranın dəstəklədiyi qruplar ABŞ və Böyük Britaniyanın Yəmənə hücumundan sonra Suriyadakı ABŞ bazasına raket zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Britaniyanın ötən cümə günü Yəməndə İranın dəstəklədiyi husilərə hücumundan sonra gərginlik artıb. Yerli mənbələrdən əldə edilən məlumata görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərindəki bazaya raketlərlə hücum edib.

Editor.az xarici mediaya istinadla bildirir ki, ABŞ hava hücumundan müdafiə sistemləri raketlərdən ikisini hədəflərinə çatmamış məhv edib. Baza ətrafına raket düşüb. Digər tərəfdən, bazada yerləşən ABŞ qüvvələri Fərat çayının qərb sahilində yerləşən Həşşəm qəsəbəsində İranın dəstəklədiyi qrupların mövqelərinə raket zərbələri ilə cavab verib. ABŞ hələlik hücumla bağlı açıqlama verməyib. ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze İHA-larla hədəfə alınıb.

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri YPG-nin, əyalət mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

//Gülnarə Abasova, Editor.az