İranın əlində amerikalıların qanı var – ABŞ prezidentliyinə namizəd Kamala Harrisbackend

İranın əlində amerikalıların qanı var – ABŞ prezidentliyinə namizəd Kamala Harris

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlardan prezidentliyə namizəd Kamala Harris deyib ki, onun əsas prioritetlərindən biri İranın heç vaxt nüvə gücünə çevrilməsinə imkan verməməkdir.

Xanım Harris kimin ABŞ-ın əsas rəqibi olduğuna dair jurnalistin sualını cavablandırarkən isə deyib ki, İran aşkar variantdır. “İranın əlində amerikalıların qanı var. İsrailə edilən bu hücumda gördüyümüz 200 ballistik raket bunun sübutudur. Biz əmin olmalıyıq ki, İran heç vaxt nüvə dövlətinə çevrilmək imkanına malik olmasın – bu, mənim ən vacib prioritetlərimdən biridir”- deyə ABŞ vitse-prezidenti CBS News-a müsahibəsində deyib. Bununla belə, o, İranın nüvə silahı yaratmasına dair sübutlar aşkar edərsə, ABŞ-ın hərbi əməliyyatlara əl atıb-atmayacağı sualına cavab verməkdən yayınıb.

Bir gün əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantla telefon danışığında İranın Yaxın Şərq regionunda “sabitliyi pozan hərəkətlərini” müzakirə edib. Ostin bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcək.

//Samir Qurbanov, Editor.az