İranın Ermənistan sevgisi və dəstəyi bitməyəcək:” Azərbaycanla münasibətlərin necə olmasından aslı olmayaraq..”backend

İranın Ermənistan sevgisi və dəstəyi bitməyəcək:” Azərbaycanla münasibətlərin necə olmasından aslı olmayaraq..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran uzun müddətdir ki, Ermənistanla hərbi əməkdaşlığı davam etdirməyə çalışır. Onun bir çox addımlarının arxasında dayanan niyyəti də budur. Sadəcə olaraq müxtəlif dövrlərdə İran müəyyən siyasi gərginliklər yaradaraq və bunu qəsdən bəhanə edərək Ermənistanla yaxınlaşırdı. İndi isə açıq-aydın formada hətta Azərbaycanla münasibətlərinin çox da pis olmadığı bir dövrdə İran rəsmiləri ictimai rəydə belə bir görüntü yaratmağa çalışır ki, Ermənistanla  həm də hərbi sahədə əməkdaşlığı davam etdirməlidir”.

Bu fikirləri Editor.az-a siyasi analitik Tural İsmayılov Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın Ermənistan KİV-ə açıqlamasında İranın İrəvana hərbi sahədə əməkdaşlığı aktivləşdirmək üçün yollar və mexanizmlər axtardığını, hərbi təlimatçıların göndərilməsi və birgə təlimlərin keçirilməsini təklif etdiyi barədə fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan  İran və Ermənistan dövləti tərəfindən mediaya ötürülən tesizləri təkrarlayır:

” Faktiki olaraq bu gün Zəngəzur bölgəsi ilə bağlı hər hansı bir təhdid mümkün deyil. Azərbaycan dəfələrlə bildirib ki, o, hansısa hərbi güclə Zəngəzur dəhlizinin açılması niyyətində deyil. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı açıq və konkret mövqeyinə rəğmən hələ də  İran və Ermənistan Azərbaycanı bir çox məsələdə ittiham etməyə çalışır. Özlərinin ” siyasi, iqtisadi, hərbi” birliyini  nələrə isə əsaslanaraq bəhanə kimi Zəngəzurun hansısa formada təhdid olma faktorundan istifadə etməyə çalışır.

İki ölkə arasında münasibətlərdə yumşalma olsa da hələ də İran ərazisindən Azərbaycan əleyhinə informasiya terroru aparanlar ölkəmizə təhvil verilməyib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla arasındakı münasibətlərin necə olmasında aslı olmayaraq İranın Ermənistan sevgisi və dəstəyi bitməyəcək”.

//Gülnarə Abasova, Editor.az