İranın Ermənistana gizli yardımları: “Ermənistan belə bir təklifə yox deməzdi”backend

İranın Ermənistana gizli yardımları: “Ermənistan belə bir təklifə yox deməzdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Ermənistan əlaqələri 1991-ci ildən başlayaraq sıx əməkdaşlıq formatında həyata keçirilir. Bu dostluq münasibətləri birmənalı olaraq Azərbaycana qarşı yönəlib. İran 30 il ərzində bütün imkanlarını səfərbər etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməsin. Ona görə Ermənistana hər cür dəstək olurdu və olmaqda davam edir”.

Bu sözləri Editor.az- a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, İran Ermənistana hərbi yardımını heç bir zaman əsirgəməyib:

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları fonunda İranın mövqeyi ciddi şəkildə zəifləyib. İran buna görə də Ermənistanla hərbi-texniki əməkdaşlığı yeni mərhələdə davam etdirir. Bu istiqamətdə Ermənistana dəstək verərək Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına mane olur. Lakin İranın Vətən müharibəsi zamanı Ermənistana Türkiyə “Bayraktar”larını yerə endirməyə imkan yaradan radioelektron mübarizə vasitələrini təklif etməsi inandırıcı deyil. Ermənistan mətbuatının yaydığı məlumata görə, guya Ermənistan da bu təklifə yox deyib. Bu qeyri-ciddi fikirlərdir. Çünki nə İran belə bir müasir silaha malikdir, nə də belə bir təklifə Ermənistan yox deməzdi. Ermənistanın bundan sonra aparacağı siyasət Türkiyə ilə münasibətləri normallaşdırmağa yönəlibsə, Azərbaycanla əldə olunan razılaşmaları da yerinə yetiriləcək. Bu zaman İranın Azərbaycan-Türkiyə tandeminə qarşı provakasiyası heç bir nəticə verməyəcək”.

//Gülnarə Abasova, Editor.az