İranın ikibaşlı açıqlaması nədən xəbər?- “Əgər hakimiyyət dəyişikliyi olmazsa…”-ŞƏRHbackend

İranın ikibaşlı açıqlaması nədən xəbər?– “Əgər hakimiyyət dəyişikliyi olmazsa…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran dövlət mediasının verdiyi məlumata görə, baş prokuror Məhəmməd Cəfər Montazeri tənqid hədəfinə çevrilən “əxlaq polisi”nin fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu açıqlama “İslam Respublikasının etirazlar nəticəsində hicab və din əxlaqı ilə bağlı mövqeyindən geri çəkilmə” kimi qiymətləndirildikdən sonra, medianın gündəmini bu dəfə təkzibi fikirlər zəbt etməyə başladı.

İran Ədliyyə Nazirliyindən verilən açıqlamada belə bir qərarın rəsmiləşdirilməsi ilə bağlı dəqiq məlumat olmadığını bildirib.

Məsələni Editor.az-a şərh edən siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, İranda xalq etirazlarını yumşaltmaq üçün “əxlaq polisi” ilə bağlı məsələ gündəmə gətirildi:

” Lidersiz, qrafiksiz baş verən xalq etirazları həm coğrafiyasız, həm də zamansızdır. Bu, xalq etirazlarıdır. Onun kökündə həm sosial, həm də mədəni səbəblər var.
İran etirazçılarından Məhsa Əminin həbs edilməsi və qəfil ölümündən sonra başlayan etirazların səbəbini hakimiyyət “əxlaq polisinin” üzərinə atmağa çalışır. Ardınca isə açıqlama verildi ki, “əxlaq polisinin” fəaliyyəti dayandırılıb.Qeyd edilir ki, əgər bu fəaliyyət dayandırılırsa, günahkarlar sonrakı müddətdə mühakimə oluna bilər. Onu da qeyd edim ki,  birinci növbədə hakimiyyət “əxlaq polisinin” ləğvi ilə özünü xilas edə bilməz. Bununla artıq hakimiyyət güzəştə getmiş olur. İkincisi, bu ictimai təzyiqin davamlı və yeni mərhələyə daxil olmasına səbəb oldu. Üçüncüsü isə molla hakimiyyətinin ləğvinə qədər bu proseslər davam edəcək. İranda molla rejiminin dəyişməsi hakimiyyətə başqa hərbi birləşmələrin, generalların gəlməsi ilə nəticələnəcək”.

//Safura Bənnayeva, Editor.az