İranın ikiüzlü ritorikası: “Silahlı qüvvələr tam döyüş hazırlığındadır”-AÇIQLAMAbackend

İranın ikiüzlü ritorikası: “Silahlı qüvvələr tam döyüş hazırlığındadır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, İran-Ermənistan müttəfiqliyinin bariz nümunəsidir”.

Bunu Editor.az-a politoloq Turab Rzayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin iyulun 19-da bu ölkənin Qərbi Azərbaycan əyalətinin Poldəşt sərhəd-keçid məntəqəsində olduğu zaman, bu səfərinin əsas məqsədinin İranın Azərbaycan Respublikası ilə sərhədində passiv mühafizənin nəzərdən keçirilməsi kimi qiymətləndirməsinə və  silahlı qüvvələrin tam döyüş hazırlığında  olduğunu qeyd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir ölkənin öz sərhəd məntəqələrinə baxmaq hüququ var:

“Biz bunu qadağan edə bilmərik, amma bunun eyni günə təsadüf etməsi İranla bağlı heç də xoş olmayan xatirələri canlandırır. Xatırladım ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra İran səfiri rəsmi İrəvan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə gələrkən də rəsmi Bakını hədəf kimi göstərdi. Vətən müharibəsi dövründə vaxtaşırı olaraq İran tərəfindən snayper, baxış alətləri və ya digər vasitələrlə çəkilmiş Azərbaycana aid görüntülərin mediaya sızdırıldığını gördük”.

Politoloqun fikrincə, Azərbaycan-Ermənistan sərhədində 0 nöqtəsinə gələrək bu formada mesaj verilməsi xoş deyil: “Yaxşı olardı ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianin sonuncu Bakı səfərindən sonra rəsmi Tehran bu günə qədər etdiyi təxribatlardan dərs çıxartsın və bunun əvəzinə tamam fərqli formada münasibət sərgiləsin. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktının səbəbkarları həbs olunsa, rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa çalışsa İran üçün yaxşı olar. Yoxsa bu kimi addımlar Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətlərini daha da sərtləşdirəcək”.

//Safura Bənnayeva, Editor.az