İranın ikiüzlü siyasəti: Müsəlman ölkəsi olan İran bunları bilə-bilə…” -Deputatdan AÇIQLAMAbackend

İranın ikiüzlü siyasəti: “Müsəlman ölkəsi olan İran bunları bilə-bilə…” –Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İran dövlətinin ermənipərəst mövqeyinin dəfələrlə şahidi olmuşuq. Hələ Birinci Qarabağ müharibəsində İranın hakim dairələri təcavüzkar ölkəyə lazımi yardımlarını əsgirməyib Ermənistanın yanında olduğunu açıq şəkildə nümayiş etdirirdi. İran bu ikiüzlü siyasətini bu gün də davam etdirir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O, bildirib ki, müsəlman qonşularımızdan əsaslı dəstək alan erməni faşistləri daha da azğınlaşır:

“İran hər zaman Ermənistanla əlaqələrin möhkəmlənməsinə ciddi önəm verib və zaman-zaman qarşılıqlı əməkdaşlığa dair mühüm sənədlər imzalayıb. Azərbaycanın ədalətli qələbəsindən sonra İran məkrli niyyətindən əl çəkməli idi, lakin əksinə bu gün də İran dövləti Ermənistana dəstək verməkdə davam edir. İran dövləti ermənilərin işğal altında saxladıqları torpaqlarımızda məscidlərimizi, dini ibadətgahlarımızı, qəbrlərimizi dağıtdıqlarından, dinimizi ləkələdiklərindən xəbərdardır. Cənab İlham Əliyev dəfələrlə erməni vəhşiliyi barədə bəyanatlar verib, faşist ideologiyasının qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib. Vətən müharibəsi dövründə ermənilər tərəfindən Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Ağdam, Goranboyun raketlə atəşə tutularaq qəsdən dinc əhalinin hədəf alınmasından bütün dünya xəbərdardır. Müsəlman ölkəsi olan İran bunları bilə- bilə faşistlərə dəstəyini əsirgəmir”.

Millət vəkilinin sözlərinə görə, İran bu ikiüzlü addımlarla birbaşa din birliyini, İslam həmrəyliyini ləkəliyir və Azərbaycan xalqına böyük hörmətsizlik edir:

“İran bilməlidir ki, Ermənistana etdiyi yardımlar nəticəsində minlərlə Azərbaycan vətəndaşının evi viran qoyulub, günahsız canlar alıb. Müsəlman ölkələrini İslam həmrəyliyinə çağıran, dünyanı ədalətə, haqqa səsləyən, üzdə bizə qardaş deyib arxamızdan işlər çevirən İran dövlətinin tutduğu yol siyasi riyakarlıqdır. Bu, dünya azərbaycanlılarını, İranda yaşayan soydaşlarımızı ciddi narahat edir”.

//Gülnarə Abasova, Editor.az