İran noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İsrailin İslam Respublikası ərazisinə son zərbəsinə cavab verə bilər.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, “İran İslam Respublikasının sionist rejimin təcavüzünə cavabı qəti və ağrılı olacaq”. Bu qərar Tehranın İsrailin hücumunun şiddətini azaltmaq üçün ilkin strategiyasından əl çəkdiyini göstərə bilər.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə hücum edib. Hədəflər raket zavodları və hava hücumundan müdafiə sistemləri olub. İran tərəfi hücumun dəf edildiyini, lakin “məhdud ziyanla” nəticələndiyini bildirib. “Axios” portalı yazıb ki, İsrailin zərbəsi İranda ballistik raketlərin istehsalı üçün zəruri olan əsas komponentləri sıradan çıxarıb.
//Samir Qurbanov, Editor.az

