İranın neft emalı zavodunda partlayış baş veribbackend

İranın neft emalı zavodunda partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İranın Bəndər Abbas şəhərində neft emalı zavodunda partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə İran mediası xəbər yayıb. Partlayış yanğınla müşayiət olunub. İlkin məlumata görə, təmirdə olan sobalardan biri partlayıb. Lakin hadisənin dəqiq səbəbləri hələlik aydınlaşdırılmayıb.

Bəzi KİV-lər itkilər barədə yazır, digər mənbələrə görə isə heç kim ölməyib, yalnız xəsarət alanlar var. Xatırladaq ki, Bəndər Abbas İranın cənubundakı Hörmüzqan əyalətində – Fars körfəzinin sahilində yerləşir.

//Samir Qurbanov, Editor.az