İranın növbəti hədəfibackend

İranın növbəti hədəfi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran pilotsuz uçuş aparatları ilə İraqın Ərbil və Süleymaniyyə sərhədlərində KDP (Konstitusiya Demokratik Partiyası) və Əməkçilər partiyalarının qərargahını hədəfə alıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ərbilin Köysancak rayonuna edilən hücumda 3 raket və 2 pilotsuz uçuş aparatından istifadə edilib. Hücumlarda ölən və yaralanan olmayıb.

Onu da qeyd edək ki, hücum ehtimalına qarşı həmin qərargahlar daha əvvəl boşaldılıb. İran sentyabrın 28-də və noyabrın 14-də Ərbil və Süleymaniyyə ərazilərinə hücum həyata keçirib. Pilotsuz uçuş aparatlarının və raketlərin istifadə edildiyi hücumlarda 19 nəfər ölüb, 59 nəfər yaralanıb. Dəyən zərərə görə məsuliyyəti İran İnqilab Keşikçiləri Ordusu öz üzərinə götürüb.

//Safura Bənnayeva, Editor.az