İranın nüvə anlaşmasına qayıtması müzakirə edilibbackend

İranın nüvə anlaşmasına qayıtması müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ -dan olan həmkarı Antoni Blinken İranla nüvə anlaşmasına qayıtmaq məsələsini müzakirə ediblər.

Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Lavrov və Blinken rusiyalı nazirin iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündən əvvəl telefonla danışaraq İran nüvə anlaşmasına qayıtmaq məsələsini müzakirə ediblər.

ABŞ tərəfinin tələbi ilə keçirilən görüşdə Lavrov və Blinken, İran və P5+1 ölkələri arasında imzalanacaq Vaşinqtonun geri çəkildiyi Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq  bilinən nüvə anlaşmasına qayıtmağın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Lavrov və Blinken ikitərəfli gündəlikdəki bəzi aktual məsələləri də müzakirə ediblər.

ABŞ -ın keçmiş prezidenti Donald Tramp 8 may 2018 -ci ildə İranla imzalanmış nüvə anlaşmasını birtərəfli qaydada tərk edərək İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəldi. Yanvar ayında Joe Biden rəhbərliyinin hakimiyyətə gəlməsi ilə 6+4 Avstriyanın paytaxtı Vyanada 4+1 ölkələri arasında “nüvə anlaşmasına qayıt” danışıqları başlanıldı. Qeyd edək ki, ABŞ -ın dolayı yolla iştirak etdiyi Vyana danışıqları iyun ayında İranda keçirilən prezident seçkiləri səbəbindən dayandırılmışdı.

//Gülnarə Abasova, Editor.az