İranın nüvə proqramı üzrə danışıqlar əvvəlki tərkibdə davam etdirilməlidir – Rusiyanın Tehrandakı səfiribackend

İranın nüvə proqramı üzrə danışıqlar əvvəlki tərkibdə davam etdirilməlidir – Rusiyanın Tehrandakı səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların əvvəlki tərkibdə davam etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, nüvə sazişi İranla BMT Təhlükəsizlik Şurasının beş üzvü (Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa) və Almaniyanın daxil olduğu “5+1” formatında bağlanıb. Bu gün Qərb iştirakçıları Rusiya və Çini danışıqlardan kənarlaşdırmağa çalışırlar.

“Biz ondan çıxış edirik ki, Rusiya və Çin olmadan belə danışıqlar heç vaxt öz məqsədinə çatmayacaq və məhsuldar olmayacaq. Yəni biz bu “5+1″ formatının bir tərəfdən, digər tərəfdən İranın qorunub saxlanmasının tərəfdarıyıq”- səfir bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişinə hazır olduğunu bildirmişdi.

//Samir Qurbanov, Editor.az