“İranın nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyi üçün təhdiddirbackend

“İranın nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyi üçün təhdiddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’İranla ABŞ arasında 2015- ci il nüvə anlaşmasından sonra İrana qarşı sanksiyalar aradan qaldırıldı və bu ölkəyə milyardlarla dollar vəsait daxil oldu. İran bu vəsaiti regionda terrorizmi dəstəkləmək üçün sərf etdi. Yaranmış vəziyyətdən sonra sabiq ABŞ Prezidenti Donald Tramp nüvə anlaşmasından çıxdı’’.

Bu sözləri Editor.az– açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Co Baydenin hakimiyyətə gəlişindən sonra yenidən ABŞ və İran arasında nüvə anlaşması barədə danışıqlar gedir: ‘’Vyanada baş tutan bu danışıqlar müsbət istiqamətdə davam edir. İrana qarşı  sanksiyaların aradan qaldırılması nəzərdə tutulub. ABŞ, İsrail və Səudiyyə Ərəbistanı hər zaman İranın nüvə silahına sahib olma məsələsinə qarşı çıxıblar. Düşünürəm ki, ABŞ 2015-ci il səhvini təkrarlamayacaq’’.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanla İran arasında dostluq əlaqələri hökm sürməsinə baxmayaraq regionda destruktiv siyasət həyata keçirən İranın nüvə silahına malik olması ölkəmizin də təhlükəsizliyini təhdid edir: ‘’Çünki İran nüvə silahını əldə etdikdən sonra Türkiyəyə qarşı çıxa, eyni zamanda Yaxın Şərqdə geostrateji və siyasi maraqlarını təmin etmək üçün fəaliyyətə keçə bilər. Çox güman ki, İran Cənubi Qafqazda da öz təsir zonasını genişləndirmək istiqamətində addımlar atacaq. Azərbaycan İranla qonşuluq əlaqələrinə üstünlük versə də, İranın bu silahı əldə etməsinə qarşı çıxmalıdır. Nüvə silahı regionun özünə təhdiddir’’.

Editor.az, Gülnarə Abasova