İranın paytaxtı köçürüləcəkbackend

İranın paytaxtı köçürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian mətbuat konfransında yenidən İslam Respublikasının paytaxtının Tehrandan köçürülməsi məsələsini gündəmə gətirib.

O qeyd edib ki, İran rəhbərliyi paytaxtın Fars körfəzinə ən yaxın olan şəhərlərə köçürülməsini nəzərdən keçirəcək. Dövlət başçısı bildirib ki, dünyanın böyük şəhərlərinin əksəriyyəti dəniz kənarında yerləşir. Pezeşkian əlavə edib ki, Tehran yaxınlığındakı zavodların əksəriyyəti xammalı körfəzdən gətirir.

Qeyd edək ki, o, əvvəllər də paytaxtın köçürülməsinin zəruriliyindən danışmışdı. İran liderinin sözlərinə görə, bu, iqtisadi səbəblərə görə vacibdir, çünki Tehran bir çox problemlərlə üzləşir.

//Samir Qurbanov, Editor.az