İranda terror aktı törətməyi planlaşdıran terror təşkilatının iki üzvü həbs edilib.
Editor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalında məlumat verilib: “İran İŞİD-Xorasan qruplaşmasının iki üzvü həbs edilib, ehtimal ki, onlar terror əməliyyatı keçirməyi planlaşdırırdılar”, – SEPAH bildirib.
Məlumata görə, silahlılar bunu Tehrandan təxminən 120 km cənubda yerləşən və şiə müsəlmanların ziyarət yeri olan Qum şəhərində yerləşən həyata keçirməyə hazırlaşırmış.
//Samir Qurbanov, Editor.az

