“İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına qoşulması hansı imkanları yaradır?”-ŞƏRHbackend

“İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına qoşulması hansı imkanları yaradır?”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamasında qeyd edib ki, İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsi mövzusunda prinsip etibarilə razılaşma əldə edilib.

Məsələ ilə bağlı Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, bu açıqlama ona əsaslanır ki, son dövrlər Suriya ətrafında vəziyyət gərginləşməyə doğru gedir:

“Suriyanın Şimal-Şərq hissəsində ABŞ və Qərb ölkələrinin dəstək verdiyi adı da Suriya Demokratik Gücləri qoyduğu PKK, YPG və digər silahlı terrorçu qruplaşmaların sürətlə silahlandırılması gedir. Bu proses təkcə Türkiyəyə qarşı deyil, eləcə də Suriyanın özünə qarşı təhdiddir, ərazi bütövlüyünün pozulması, torpaqların parçalanması deməkdir”.

Politoloq qeyd edir ki, bir müddət əvvəl Rusiya müdafiə nazirinin iştirakı ilə Moskvada Türkiyə  və Suriya Müdafiə nazirləri, eyni zamanda, kəşfiyyat rəisləri arasında görüş baş tutdu:

“Növbəti görüşün isə hansı formada keçiriləcəyi bilinməsə də görünən odur ki, Qərbin PKK-ya dəstək verib, Suriyanı parçalanmaya aparması Rusiyanın maraqlarına uyğun deyil. Buna görə də hesab edirəm ki, Rusiya-Türkiyə-Suriya danışıqlarına bir də İranı əlavə etməyə çalışırlar. İran isə ümumiyyətlə, Türkiyənin burada qalmasını istəmir. Lakin ümumi maraqlar da var. Yəni İran Türkiyəni sıxışdırdığı təqdirdə Qərb Suriyanın Şimal-Şərqində möhkəmlənməyə doğru gedir. Bunu Rusiya da görür. Son nəticədə həm Rusiyanın, həm də İranın əsas məqsədi Türkiyəni bölgədən çıxartmaqdır. Ancaq bunun mümkün olmadığının da fərqindədirlər. Ona görə də indiki məqamda mövcud olan Rusiya-Türkiyə-Suriya formatına İranı da əlavə edərək müəyyən dəyişikliyə nail olmaq marağındadırlar. Bu isə normaldır. Vəziyyətin gərginləşməsi fonunda Türkiyə ya antiterror əməliyyatı keçirməli, ya da Suriya bölgədən çəkilməlidir”.
 
//Safura Bənnayeva, Editor.az