İranın sərhəddində atışma: ölənlər varbackend

İranın sərhəddində atışma: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Sistan-Bəlucistan əyalətində naməlum silahlılarla atışmada SEPAH-ın 3 hərbçisi ölüb, 1-i yaralanıb.

Editor.az unikal.org-a istinadən bildirir ki, iranlı hərbçilər bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb.

Atışma zamanı silahlılardan da ikisi öldürülüb.

Qeyd edək ki, fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurma zamanı öldürülmüşdü.