“İranın uranı zənginləşdirməsi narahatlıq doğurur” – Yaponiya rəsmisibackend

“İranın uranı zənginləşdirməsi narahatlıq doğurur” – Yaponiya rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökumətinin baş katibi Kato Katsunobu İranın uranı zənginləşdirməsinə münasibət bildirib.

Editor.az unikal.org-a istinadən bildirir ki, hökumət rəsmisi İranın bu addımının narahatlıq yaratdığını söyləyib.

“İranın uranı zənginləşdirməsi narahatlıq doğurur. Bu addım nüvə razılaşmasına ziddir. İran tərəfini anlaşmalara riayət etməyə və sarsıdıcı addımlar atmaqdan çəkinməyə çağırırıq”, –  Katsunobu bəyan edib.

Yaponiya hökumətinin baş katibi, həmçinin qeyd edib ki, İran hakimiyyəti ilə diplomatik kanallar vasitəsilə dialoqu davam etdirəcəklər.