Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs ən ciddi şəkildə cəzalndırılacaq.
Editor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
Onun sözlərinə görə, təqsirinin dərəcəsini və cəza tədbirini yerli məhkəmə müəyyən edəcək. Xatırladaq ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinə hücum nəticəsində 1 nəfər öldmüş, 2 nəfərin yaralanmışdı.
Hücum edən şəxs hadisə yerində polis tərəfindən yaxalanıb. Azərbaycan hakimiyyəti hücumu terror aktı kimi qiymətləndirib.
//Samir Qurbanov,Editor.az