İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərə işgüzar səfəri çərçivəsində Dohada İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İsmayıl Haniyə ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, tərəflər Fələstin-İsrail münaqişəsinin eskalasiyası zamanı hərbi vəziyyəti, eləcə də ona son qoymaq üçün diplomatik imkanları müzakirə ediblər.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri “Hizbullahın” hücumu halında İsraili vurmaqla hədələyib. Nazirin sözlərinə görə, İsrail Qəzzada hərbi əməliyyatları dayandırmasa, Livan qrupu HƏMAS-ın tərəfində ola bilər.
Qeyd edək ki, oktyabrın 10-da ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham HƏMAS-ın İsrailə hücumundan sonra İranı zərbələrlə hədələyib.
O, Tehranın silahlıların hücumunu planlaşdırdığına inanır. Buna görə də “adekvat cavab” İranın neft emalı zavodlarına hücum olacaq.

