İranın xarici işlər naziri: Türkiyə qoşunlarını Suriyadan çıxarmalıdırbackend

İranın xarici işlər naziri: Türkiyə qoşunlarını Suriyadan çıxarmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa çağırıb.

Editor.az xəbər verir ki, nazir bu gün suriyalı həmkarı ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib.

“Türkiyə Silahlı Qüvvələrinin qrafikə uyğun olaraq Suriya ərazisini tərk edərək sərhəd bölgələrinə qayıtması təklif edilir.

Məntiq ondan ibarətdir ki, Türkiyə silahlı qüvvələrinin Suriyadan çıxarılması ilə eyni vaxtda ümumi sərhədlərin təhlükəsizliyi təmin edilir”. – Hüseyn Əmir Abdullahyan deyib. O, diqqəti Tehran və Moskvanın vasitəçilik səylərini davam etdirməsinə çəkib. “Biz hesab edirik ki, xarici dövlətlərin qüvvələrinin Suriyada olması bu ölkədə sabitlik və təhlükəsizliyə kömək etməyəcək.

Biz Türkiyənin Suriya ilə sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını yaxşı başa düşürük, lakin biz Suriyada hərbi mövcudluğun həll yolu olmadığına inanırırıq”, – İranın xarici işlər naziri bildirib. Onun sözlərinə görə, məsələlərin həllinin ən münasib yolu dördtərəfli formatda görüşlərdir.

P.S. İranlı nazirin bəyanatana rəsmi Ankaranın cavabı böyük maraq doğurur.

//Samir Qurbanov,Editor.az