İran və Türkiyə xarici işlər nazirləri telefonla danışıblar.
Editor.az xəbər verir ki, bu barədə bazar ertəsi İran mediası yazıb. Söhbət çərçivəsində Hossein Amir Abdollahian Hakan Fidanı xarici əlaqələr agentliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, həmçinin ölkələr arasında əlaqələrin daha sürətlə genişləndirilməsinə çağırıb.
Abdollahian Fidanı Tehrana dəvət edərək, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik dövründə tərəflərin sıx əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirib. Öz növbəsində türkiyəli nazir Ankara ilə Tehran arasında əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini vurğulayıb.
//Samir Qurbanov,Editor.az

