İranın xarici siyasəti dəyişməyəcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidentinin əvəzi Məhəmməd Müxbir Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə deyib.
O, qonşularla əlaqələrin inkişaf etdirilməsi siyasətinin ciddi şəkildə davam edəcəyini bildirib: “Bu strategiya dəyişməyəcək və daha ciddi davam etdirildəcək. Biz Ermənistanla bütün öhdəliklərimizə və razılaşmalarımıza sadiq qalacağıq və onların icrasını ciddi şəkildə izləyəcəyik”.

