İranın XİN rəhbəri olması gözlənilən Əraqçi Azərbaycan haqda nə deyib? – Şok ifadəbackend

İranın XİN rəhbəri olması gözlənilən Əraqçi Azərbaycan haqda nə deyib? – Şok ifadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri olması gözlənilən Abbas Əraqçi Azərbaycana qarşı loyal münasibəti ilə diqqət çəkir.

Əraqçi İkinci Qarabağ müharibəsi dönəmində –  2020-ci il oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini kimi Bakıya gəlmiş, Azərbaycanın haqlı davasını dəstəklədiyini bildirmişdi.

Bundan başqa, o, Azərbaycanla İranı “bir millət, iki dövlət” adlandırması ilə də diqqət çəkmişdi.

Qeyd edək ki, “bir millət, iki dövlət” konsepsiyası Türkiyə-Azərbaycan qardaşlığının ifadəsi kimi tarixə düşüb. A.Əraqçinin sözügedən fikri İran-Azərbaycan münasibətlərinə aid etməsi maraq doğurur.

Xatırladaq ki, “Tasnim” agentliyi İranın yeni XİN rəhbərinin Abbas Əraqçi olacağını iddia edib.

Globalinfo.az