İranın yeni paytaxtı üçün bu ərazi təklif edilirbackend

İranın yeni paytaxtı üçün bu ərazi təklif edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimə Mühaciraninin bu gün verdiyi məlumata görə, respublika rəhbərliyi İranın yeni paytaxtının yeri kimi Pakistanla həmsərhəd Sistan və Bəlucistan əyaləti ilə sərhədlənən Mekran ərazisini ciddi şəkildə nəzərdən keçirir.

Beləliklə, paytaxtı İranın mərkəzindən respublikanın cənub-şərqindəki ən ucqar nöqtəsinə köçürmək olar.

Mühacirani vurğulayıb ki, “İranın Paytaxtının Transferi Şurası”nın nöqteyi-nəzərindən Mekran ərazisi dövlət qurumlarının yerləşdirilməsi üçün ən cəlbedici bölgələrdən biridir. Hazırda müxtəlif sahələr üzrə mütəxəssis qrupları – ekologiya, iqtisadiyyat və paytaxtın Hind okeanı sahillərinə köçürülməsi üçün mühəndislik ehtiyaclarını nəzərdə tutan bu layihə üzərində işləyir. Eyni zamanda, İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi qeyd edib ki, hakimiyyət Tehrandan köçməyə tələsmir – yeni paytaxt üçün layihələr artıq otuz ildən çoxdur ki, işlənib hazırlanır.

Şəhər və onun ətrafında su ehtiyatlarının əhəmiyyətli dərəcədə çatışmazlığı səbəbindən Tehranın paytaxt kimi tərk edilməsi qaçılmazdır. Məkranda isə doğrudan da su ilə bağlı problem olmayacaq.

//Samir Qurbanov, Editor.az