“İranın yeni prezidenti razılaşmaları sabotaj etməyəcək, əksinə…”- ŞƏRHbackend

“İranın yeni prezidenti razılaşmaları sabotaj etməyəcək, əksinə…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranda prezident hansısa bir formada radikal qərarlar almaq səlahiyyətində deyil. Çünki ölkə konstitusiyasına görə idarəetmədə əsas rol ali dini rəhbərə məxsusdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, İran və Azərbaycan arasında münasibətlərdəki gərginliyin arxada qalması ilə bağlı ciddi cəhdlər müşahidə olunur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən İrana qarşı pozitiv addımlar atılır:

“Ümumiyyətlə isə iki ölkə arasında yaranan problemlərin kökündə də Azərbaycan heç vaxt rol almayıb. Məsud Pezeşkianın azərbaycanlı əhaliyə xitab etməsi, azərbaycanlı olduğunu hər məqamda dilə gətirməsi təbii ki, müəyyən qədər İran-Azərbaycan münasibətlərində kiçik korrektələr etməyinə səbəb ola bilər. Hesab etmirəm ki, yeni rəhbərlik Azərbaycanla İran arasında İranın sabiq prezidenti İbrahim Rəisinin dövründə əldə olunan razılaşmaları sabotaj etsin, əksinə yaxın zamanlarda Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlayacağı vurğulanır. Yeni İran Prezidentinin siyasətində Azərbaycanla əldə olunan razılaşmalara yenidən baxılmayacaq. Hazırkı dövrdə iki ölkə arasında münasibətləri pozacaq hər hansı bir tendensiya müşahidə edilmir. Yeni İran Prezidentinin verdiyi mesajlardan da görünən odur ki, İran-Azərbaycan münasibətlərində hələ ki bir müddət görünən gərginlik müşahidə edilməyəcək”.

//Gülnarə Abasova, Editor.az